​Biri Rusiya, biri isə Almaniya-Fransa istehsalı olan raketlər Türkiyədə terror törədən PKK-dan MÜSADİRƏ OLUNUB

Muxalifət.az xəbər verir ki, Türkiyənin Şırnak əyalətinin Bestler-Dərələr bölgəsində davam edən əməliyyatlar zamanı PKK terror təşkilatına zərbə üstündən zərbə vurularkən, ələ keçirilən silahlar diqqəti cəlb eləyib.
Təhlükəsizlik mütəxəssisi Abdullah Aqar əməliyyatlar zamanı Rusiyada istehsal edilmiş tankvuran raketlər ilə Almaniya-Fransa birgə istehsalı olan və YPG/SDQ-nin əlində olduğu bilinən “Milan” raketinin də ələ keçirildiyini sosial media hesabından bildirib.
Ağar “Tvitter”dəki mesajında yazıb: “Bestler-Dərələr də keçirilən əməliyyatlarda Almaniya-Fransa birgə istehsalı olan və YPG/SDQ-nin əlində olduğu bilinən “Milan” tankəleyhinə raketi ilə “Alıb-verəni çox bəlli olmayan” Ruisya mənşəli  AT5 SPANDREL (9M113 KONKURS) tankvuran raketi ələ keçirilib”.