​Bir uşağa 45 manat, bir buzova isə 100 manat... - Deputat

Deputat həmkarım Qüdrət Həsənquliyev çıxış edib dedi ki, bizdə qidalanma göstəricisinə görə uşaqların 6 faizinin boyunda problemlər var. Avropada isə əksinə, boy artımının olması ilə bağlı məsələni gündəmə gətirdi.
 
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa Milli Məclisdəki büdcə müzakirələrində uşaqların problemləri ilə bağlı çıxışında deyib.
“Bizim bu məsələyə yanaşmamız dəyişməlidir. Bu məsələ dəfələrlə qaldırlıb. Xüsusən də yeni doğulan uşaqlara birdəfəlik verilən müavinətin artırılması məsələsi qaldırılıb. Lakin nəticəsi olmayıb. Uşaqların boyunun aşağı olmasını belə müqayisə etmək olar: bu gün uşaqlara doğuş üçün verilən birdəfəlik müavinətin miqdarı 45 manatdır. Amma kənd təsərrüfatında bir buzova görə verilən subsidiya 100 manatdır. Odur ki, bu məsələrlər baxış fəlsəfəsi dəyişməlidir. Nə qədər ki, yeni doğulan uşaqlara baxış fəlsəfəsi dəyişməyib, hələ bir daha ciddi problemlərin şahidi olacağıq”, - deputat bildirib.
F.Mustafa digər bir mövzuya da toxunub. Bildirib ki, qəbul olunmuş qaydalara görə, şəhər nəqliyyatında 5 yaşına çatmamış uşaqlar nəqliyyatdan pulsuz istifadə edirlər:
“5-10 yaşlı uşaqlar isə gediş haqqının yarısını ödəməlidirlər. Amma BakuBus bu qaydalara əməl etmir”.