“Bir raketa 3 raketlə cavab verərik” – Müsəlman ölkədən sərt mesaj

Baxış sayı:
5458

Hindistan ilə Pakistan arasındakı hərbi gərginlikdən sonra hər iki ölkənin raketlərini hazır vəziyyətə gətirdiyi və bir-birilərinə hədələr yağdırdığı ortaya çıxıb.
 
 “Reuters”-in iddiasına görə, iki ölkə arasında təhdidlər ABŞ-ı hərəkətə keçirib. Sözügedən iki nüvə gücü arasındakı mümkün qarşıdurmanı dayandırmaq üçün ABŞ rəsmiləri iki tərəflə görüşərək daha böyük bir müharibə ssenarisini dayandırıb.
 
1 RAKET ATSALAR 3 RAKETLƏ VURARIQ
 
 Hindistanın yalnız Pakistanı təhrik etmək üçün hava hücumları təşkil etdiyini, sözügedən rayonlarda hər hansı bir terror düşərgəsinin olmadığını və dağların bombalandığını açıqlayan Pakistan rəsmiləri Hindistanın raket təhdidlərinə daha sərt bir təhdidlə cavab verib.
“Reuters” adını vermədiyi bir Pakistan nazirinin Hindistandan gələn raket təhdidlərinə qarşı açıqlamasını xatırladaraq, “Bir raket atsalar, üç raketlə vurarıq” dedik. Hindistan nə edirsə etsin, buna 3 misli qədər cavab verəcəyik” ifadələrinə yer verib.
Vaşinqton qaynaqları isə ABŞ –ın təhlükəsizlik müşaviri Con Boltonun 27 fevral gecəsi və 28 fevralın erkən saatlarında Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Doval ilə telefonla danışaraq “etidallı davranma” mesajı verdiyini irəli sürüb. Mənbələr ABŞ orqanlarının mümkün qarşıdurmanın nə qədər təhlükəli ola biləcəyinin fərqində olduğunu, buna görə də bunun qarşısını almaq üçün hər şeyi etdiklərini iddia edib.
Müxalifət.az