Bir qrup Ermənistan polisi XALQIN TƏRƏFİNƏ KEÇDİ: VƏZİYYƏT DRAMATİKLƏŞİR

Baxış sayı:
2500

Ermənistanın bir qrup polis məmuru, xalqın tərəfinə keçməsi ilə bağlı bəyanat verib. Xalqın tərəfinə keçdiyini bəyan edən polis zabitləri, eyni zamanda Ermənistan polisinə müraciət edərək onların da xalqın yanında olmalarını istəyiblər.
Qey edək ki, az öncə hərbi qulluqçuların böyük bir qrupu da artıq nümayişçilərə qoşulub və nümayişdə öndə gedənlərin sırasındadırlar. Eyni proses artıq Ermənistan polisinə də sirayət edib. Hadisələrin bu cür inkişafı Sarkisyan hökümətini xalq qarşısında “immunitetsiz” vəziyyətə salır və proses ya istefaya, ya da daha dramatik istiqamətə yön alır.
Müxalifət.az