“Bir neçə saat davam etsəydi, fəlakət olacaqdı” – QƏTƏRDƏN AÇIQLAMA

Baxış sayı:
6823

Qətərin Qəzzanı Yenidənqurma Komitəsinin sədri Məhəmməd əl-İmad "İsrail ilə Qəzza arasındakı qarşıdurma bir neçə saat daha davam etsəydi dünya, minlərlə insanın evsiz qalması, evlərin dağıdılması və vətəndaşların öldürülməsi kimi insani fəlakətə şahid olacaqdı", - deyib.
 
İmad Qəzzada təşkil etdiyi mətbuat konfransında, İsrail ilə Qəzza arasında yaşanan son hərbi gərginliyin az qala bölgənin hamısını sonu bilinməyən bir fəlakətin içinə çəkmiş ola biləcəyinə diqqəti çəkib.
İsrailin və Həmasın gərginliyin artmasını arzulamadığını ifadə edən İmad, Qətərin yaşanan son hadisələr zamanı gərginliyin azaldılması və razılaşmanın tətbiq olunması üçün bəzi tərəflərlə sıx ünsiyyət qurduğunu dilə gətirib.
Beynəlxalq ictimaiyyəti Qəzza xalqının problemlərini həll etməyə çağıran İmad, bölgədəki humanitar vəziyyətin yaxşılaşdırılmadığı təqdirdə təhlükəli bir vəziyyətin yaşanacağını deyib.

Müxalifət.az