Bir milyon insan İstanbulu tərk etməlidir - İmamoğlu

Baxış sayı:
9370

Suriyalı qaçqınların vətənlərinə geri qayıtmasını istəyirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri rəsmi olmayan nəticələrə əsasən, İstanbul böyükşəhər bələdiyyə sədri seçilən Əkrəm İmamoğlu bildirib.
"Milyona yaxın qaçqını olan bu şəhərin fikri, istəyi nədir? Suriyalı qaçqınların varlığının mənası nə olmalıdır? Vətənlərinə necə, hansı şəkildə və nə zaman getməlidirlər? Suriyalı qaçqınlar bu şəhərə və bu ölkəyə əhali sayını artırmaq üçün gətirilmiş ola bilər. O vaxt bu qərarı verənlər indi bunun səhv olduğunun fərqindədir. Onların geri qayıtmasını istəyirik", - İmamoğlu deyib.