​“Bir milyon dollar verim, qızımı bağışlayın” - UKRAYNALI OLİQARX GÖZ YAŞI TOKÜB

Ukraynalı oliqarx, iş adamı Vasili Zaytsev 20 yaşlı ögey qızı Alyona Zaytsevanın sərbəst buraxılması üçün göz yaşı tökərək yalvarıb.
Hurriyyet.org xəbər veriri ki, Xarkov Universitetinin sosiologiya fakültəsinin tələbəsi olan Alyona idarə etdiyi avtomobili qırmızı işıqda saxlamaydan keçib. Nəticədə 5 nəfərin ölümü, 6 nəfərinsə yaralanması ilə nəticələnən qəza baş verib.
Bundan daha öncə də yol hərəkəti qaydasında etdiyi yanlışlıq üçün xəbərdarlıq edən Alyonanın 10 il həbs cəzası alacağı gözlənilir.
Enerji şirkətlərinin sahibi olan 61 yaşlı oliqaxr ögey ata isə qızının qurbanlarının qarşısında diz çökərək yalvarıb. O, baş verənlərdən həm özünün, həm də arvadı Tatyananın çox üzüldüyünü deyərək zərərçəkmişlərə və mərhumların ailələrinə 1 milyon dollar yardım edəcəyini bildirib: “İnsanların həyatlarını məhv edən qəzaya görə həm mən, həm xanımım çox üzülmüşük. Acımızı sözlərlə ifadə edə bilmərik. Qızımızı bağışlamaları üçün mərhumların və zərərçəkənlərin ailələri qarşısında diz çöküb yalvavrırıq. Pərişan ailələrə əlimizdən gələn yardımı eləməyə hazırıq. Hər cür maddi dəstəyə hazırıq. Yetər ki, qızımızı bağışlayın”.
Zaytsev eyni zamanda qorxunc qəzada yalnız qızının məsuliyyət daşımadığını da dilə gətirib: “Hadisə zamanı başqa avtomobil də qızımın maşınına vurub. Qəza buna görə belə dəhşətli olub. Ümid edirik, məhkəmə bunları da nəzərə alacaq”.