​Bir həftə əvvəl toyları OLMUŞDU: Arvadının başını kəsdi - FOTO

Baxış sayı:
14197

Büyükçekmecedə ailə dəhşəti yaşanıb.
BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sanık Güraslan həyat yoldaşı Fatma Güraslanı 21 yerindən bıçaqlayaraq öldürüb. Cütlüyün dəhşətli qətldən bir həftə öncə toylarının olduğu bildirilib.
Sanık Güraslan ifadəsində arvadı ilə Facebookda tanış olub evləndiyini deyib. O bildirib ki, arvadı tez-tez Almaniyadan Türkiyəyə gedib gəlirdi:
"Daha sonra telefonlarımı açmamağa başladı. Bir gün evə gələndə gördüm ki, Almaniyadan gəlib. Ondan tlefonu niyə açmadığını soruşanda mübahisə etdik. Bıçağı götürdüm, vurdum. Əlim qan içində idi. Boğazını kəsdim. Neçə dəfə vurduğumu bilmirəm. Onu çox sevirdim".