Bir həftə əvvəl azadlığa çıxan jurnalist həbs edildi

Baxış sayı:
8866

Türkiyədə məhkəməsi FETÖ/PYD silahlı terror təşkilatının media nümayəndəsi kimi “Konstitusion quruluşu devirməyə çalışmaq” ittihamı ilə 10 il 6 ay ömürlük həbsə məhkum edilən, 7 gün əvvəl isə azadlığa buraxılan jurnalist Ahmet Altan haqqında yenidən həbs qərarı çıxarıb.

Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul 27-ci Ağır Cəza Məhkəməsi jurnalistin sərbəst buraxılmasına etirazı qəbul edib və Altanın həbsinə göstəriş verib.

Qeyd edək ki, Ahmet Altanın azadlığa çıxmasına etiraz ərizəsi İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən verilib