​“Bir güllə ilə, neftin qiymətini 100 dollara qaldırarıq” – SENSASİON AÇIQLAMA

Baxış sayı:
8644

İran və ABŞ arasında Fars körfəzində istənilən qarşıdurma neftin qiymətinin bir barrelə görə 100 dollardan çox artmasına səbəb olacaq.

Muxalifet.az xəbər verir ki, bunu İran Ali liderinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi bəyan edib.
Onun sözlərinə görə, amerikalılar Birləşmiş Ştatların regiondakı silahlı qüvvələrinin İranın raket zərbələrinin əhatə dairəsində olduğunu yaxşı anlayır.
Hərbi müşavir onu da bildirib ki, ABŞ-ın və digər xarici ölkələrin Fars körfəzindəki Hərbi Dəniz Qüvvələri də İslam İnqilabı Keşikçiləri Korpusunun “yer-dəniz” tipli raketlərinə tuş gələ bilər:
“Körfəzdə atılan ilk güllə neftin qiymətinin 100 dollardan çox artmasına gətirib çıxaracaq. Bu, Amerika, Avropa, eləcə də ABŞ-ın Yaponiya və Cənubi Koreya kimi müttəfiqləri üçün dözülməz olacaq”.
Qeyd edək ki, Vaşinqtonun “Abraham Linkoln” aviadaşıyıcısı başda olmaqla, Hərbi Dəniz Qüvvələrinin zərbə qrupunun Fars körfəzinə göndərilməsi barədə qərarı İran və ABŞ arasında siyasi qarşıdurmanın daha kəskinləşməsinə səbəb olub.