Bir çox ərəb dövlət başçıları Netanyahunu təbrik edib

Baxış sayı:
5158

İsrailin baş naziri Netanyahu parlament seçkilərində qalib gəldiyinə görə bir çox ərəb ölkəsinin liderlərinin onu təbrik etdiyini deyib.
 
“Yedioth Ahronoth” qəzetinin verdiyi məlumata görə, Netanyahu rəhbərlik etdiyi Likud partiyası tərəfindən Qüdsdə təşkil edilən  bir mərasimdə etdiyi çıxışda, "Bir çox ərəb və İslam liderləri məni seçki zəfərinə görə təbrik etdi” deyibNetanyahu sözlərinə davam edərək "Mən bir və ya iki ərəb dövlətinin liderindən danışmıram, bir sıra ərəb dövləti liderləri haqqında danışıram", - deyə bildirib. Amma Netanyahu onu təbrik edən ərəb liderlərinin adlarını çəkməkdən çəkinib.
Müxalifət.az