“Bir azərbaycanlı ilə görüşdüm, hönkür-hönkür ağlayırdı” - "“Erməni soyqırımı” yoxdur" deyən FRANSIZ YAZAR

Baxış sayı:
9216

“Soyqırım yoxdur, hər iki tərəfdə qətl edilənlər var. Türklərin ermənilərdən daha çox qətliam qurbanı olduğuna əmin oldum.” Bu sözləri fransız yazıçı Ayves Benard deyib. O, araşdırdığı bütün məlumatların “erməni soyqırımı” iddialarını təkzib etdiyini söyləyib. Fransada “Pantheon” nəşriyyatı bu yaxınlarda müəllif Ayves Bernardın araşdırmalarından tərtib edilmiş 165 səhifəlik “Divergences turco-armeniennes” adlı kitab nəşr edib. Kitabın yazarı Benard, Türkiyəni qarış-qarış gəzərək, dərin bir araşdırma aparıb. O, türk cəmiyyəti haqqında ədalətin yerini tapmasını istədiyini deyib. Kitab haqqında açıqlama verən yazar bunları deyib: “Bu kitabı çap etməkdə çətinlik çəkdim. 2009-cu ildə çap etdirdiyim ilk kitab yalnız bir həftə ərzində çap edilə bildi. Çünki nəşriyyata böyük təzyiq var idi. Onlar qorxdular və nəşri dayandırmaq qərarına gəldilər. Bu dəfə çox asanlıqla bir nəşriyyat evi tapdım, lakin ilk kitabım üçün ən azı 60 nəşriyyatla əlaqə saxlamışdım. “Etiraf etməliyəm ki, soyqırım olduğunu düşünürdüm.” Araşdırmalarının təxminən 5 il davam etdiyini, ilk olaraq getdiyi Türkiyədə bir neçə ay qaldığını ifadə edən Benard Türkiyənin şərqini qarış-qarış gəzdiyini bildirib: “Bütün şəhərlərin adını çox yaxşı xatırlamıram, amma gəzdiklərim arasında Ərzurum, Diyarbəkir, Trabzon və bir çox kiçik qəsəbələr və kəndlər də var idi. Orada çox adamla görüşdüm, ermənilərə sual vermək istədim, amma imtina etdilər, ermənilərin yazdıqları çox kitab var, nəşr etdikləri kitablar haqqında daha çox məlumatlı oldum, türkləri danışdırdım, kitabxanaları ziyarət etdim, çox araşdırma apardım. Mən bir fransalıyam və bir soyqırım olduğunu düşündüyümü etiraf etməliyəm. Fikrimi çox tez dəyişdirən sənədlər var. Oxuduqlarıma inana bilmədim, insanın bu cür şeylər edə biləcəyinə inanmaq çətindir. “Kitabım çox dəlil gətirir” Ayves Benard ermənilərin öz itkilərini şişirtməsi haqqında da danışıb. O rəqəmlərin, itkilərin çox göstərilıdiyini qeyd edib: “Əlbətdə ki, qətl edilən ermənilər də olub, lakin öncəki aylarda erməni daşnakları mülki vətəndaşları – qadın, uşaq, yaşlı bir çox insanı qətl edib. Unutmayaq ki, bütün bunlar 1914-1918-ci illərdə baş verib. Türk əsgərlər cəbhədə savaşarkən daşnaklar kəndləri yandırıb, evləri uçururdular. Yəni türklərin sonradan intiqam almağını haqlı saymaq olar. Ermənilər də qətl edilib. Çox dərindən araşdırdım. Lakin buna tam əmin oldum ki, türklər daha çox qətl edilib. Onlar daha çox qətliam qurbanı olublar. Ermənilər 1.5 milyon itkidən söz edirlər. Yaxında bunu 2 milyon da edərlər. Lakin mənim araşdırmalarıma görə ermənilərin 400 mindən çox itkisi olmayıb. Qeyd edim ki bu 400 min ölən insanın çoxu öz əcəlləri ilə və əlverişsiz yaşam şəraiti ucbatından ölüb. Kitabım bir çox dəlil gətirir. Düşünürəm ki, bu mövzuda bundan sonra daha ətraflı məlumatlar yazmaq daha asan olacaq”. Ayves Bernard Türkiyədə müəyyən yaşdakı insanlara çatmanın asan olmadığını da söyləyib: “Əslində onların çox danışacaqları şeylər vardı. Ancaq danışıqlarımız özlərinə keçmişdəki çox çətin anları xatırladırdı. Mənə danışan qadınlar və kişilər həmişə ağlayırdı. Mən də bu vəziyyətdən çox duyğulanırdım. Məsələn, bir azərbaycanlı ilə görüşdüm, mənəvi olaraq güclü görünsə də, o, bir uşaq kimi, hönkür-hönkür ağlayırdı. Bu vəziyyətdə mən də göz yaşlarımı saxlaya bilmirdim”. (musavat.com)