​Bir ailənin 4 üzvü qəzada ölüb

Baxış sayı:
4021

Daxili İşlər Nazirliyi (DİN) bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb.
DİN-dən verilən məlumata görə, oktyabrın 3-də saat 21 radələrində Bərdə rayonunun Mehdili kəndi ərazisində Goranboy rayon sakinləri Azər Vəliyevin idarə etdiyi “VAZ-21011” və Raqib Nuriyevin idarə etdiyi “Hovo” markalı avtomobillər toqquşub. 
Nəticədə A.Vəliyev və sərnişinləri - arvadı Rəna Rəcəbəliyeva, oğlu Rəvan və qayınanası Zeynəb Rəcəbəliyeva hadisə yerində ölüblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.