Bir ailədən 5 uşaq xəstəxanaya yerləşdirildi - BƏRDƏDƏ

Baxış sayı:
2261

Bərdə rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Belə ki, Bərdə rayonunun Qarağacı kənd sakini olan 2007-ci il təvəllüdlü Abbasova Fatimə Yavr qızı, 2008-ci il təvəllüdlü Abbasova Nigar Yavər qızı, 2010-cu il təvəllüdlü Abbasov Nihad Yavər oğlu, 2012-ci il təvəllüdlü Abbasova Zəhra Yavər qızı və 2015-ci il təvəllüdlü Abbasov Əli Yavər oğlu qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. İlkin araşdırmalar zamanı uşaqların kartofdan zəhərləndiyi üzə çıxıb. Uşaqlara tibbi yardım göstərilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.