Bir ailədən 4 nəfər intihara hazırlaşır – ŞOK MƏKTUB

“Artıq intihar edəcəyimizi qərarlaşdırmışıq və...”

Göyçay rayonu Cəyirli kənd sakinləri - Feyzullayevlər ailəsi   tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub.
Ailə üzvləri Feyzullayev Zülfü Abdurəhman oğlu, Feyzullayeva Cəmilə İsmayıl qızı, Feyzullayev Rahim Zülfü oğlu və Feyzullayev Elvin Zülfü oğlu tərəfindən göndərilən məktubu olduğu kimi dərc edirik:
“Nəhayət ki, biz deyən kimidə oldu. Bir müddət əvvəl mətbuatda çıxış edib bildirmişdik ki, halal torpağımızı əlimizdən almaq üçün imkanlı şəxs Göyçay rayon məhkəməsində iddia qaldırıb və 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarova və mühəndis Şahəddin Tacəddinova küllü miqdarda rüşvət verib saxta rəy çıxartdırmışdı. Belə də oldu…
16 saylı Dövlət Reyestr xidməti məhkəmənin sorğusuna əsasən saxta rəy verib ki, guya biz imkanlı iddiaçının torpaq sahəsinin bir hissəsini zəbt etmişik. Artıq rəy verilib və məhkəmə 10 aprel 2016-cı il tarixdə saxta rəyə əsasən saxta qətnamə çıxaracaq. Buna görə də bizim ailə qərara almışıq ki, həmin günü məhkəmənin saxta qərarından sonra 16 saylı Dövlət Reyestr xidmətinin binası qarşısında intihar edək.

Azərbaycanda qanunlar işləmir pul rüşvət işləyir ki, mərhum prezident Heydər Əliyevin imzası ilə aqrar islahatlar zamanı bizim ailəyə verilmiş pay əkin torpağımızı saxtakar vəzifəli şəxslər aldıqları rüşvətə görə başqasına verirlər. Bu idarənin saxtakar korrupsiyaya qurşanmış işçilərinin saxtakarlığına görə çoxlu sayda vətəndaşlar öz halal torpaqlarını itiriblər, əllərindən alınıb. Buna deyirlər ki, qanunu don geyindirilmiş quldurluq cinayəti.
Qaradan artıq rəng yoxdur. Artıq intihar edəcəyimizi qərarlaşdırmışıq. Bunun isə məsuliyyəti birbaşa Ədalət Cabbarovun, mühəndis Şahəddin Tacəddinovun, Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyevin və digərlərinin üzərinə düşəcək.
Qeyd edək ki,  Göyçay rayonunun Cəyirli kəndində 11 nəfərlik ailəmizə 1998- ci il tarixdə pay torpaq sahəsi verilib. Həmin torpaq sahəsi başqa şəxs tərəfindən zəbt edildiyi üçün uzun müddət çəkən məhkəmə mübahisələrindən sonra qanunu qydada 0,68 ha torpaq sahəmizin ölçüləri ekspert mütəxəsisləri tərəfindən müəyyən edilib mərz nişanları qoyuldu. Bütün bunlar Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə məhkəmə icraçıları  və Əmlak Komitəsinin əməkdaşları tərfindən həyata keçirildi və buna dair akt tərtib edildi( bütün bu prosesləri video lentə almışıq). Bundan sonra halal torpağımızda əkin- biçin aparmaq üçün orada təmizlik işləri aparmağa başladıq. Torpağımızı əvvəl zəbt etmiş Fərhad Səfərəliyev  buna dözə bilməyib məhkəmədə yenidən  iddia qaldırdı. Hakim Fərhad Əfəndiyev isə tam qanunsuz olaraq iddianı icraata götürüb yenidən ekspertiza keçirilməsinə dair qərardad çıxardı. Hansı ki, bu iş üzrə məhkəmənin qanunu qüvvəyə minmiş və icra olunmuş qətnaməsi var.Həmçinin bu rayon məhkəməsində yox İnzibati-İqtisadi Məhkəmədə baxılmalı olan bir iddiadır.   

Ancaq Göyçay rayon Məhkəməsinin rüşvətxor hakimi Fərhad Əfəndiyev tam qanunsuz olaraq öz tamahına görə bu iddianı icraata götürmüşdür.İddiaya əsasən guya bizim ailəyə məxsus torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşür, zəbt etmişik. İdddiaçı 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarova və mühəndis Şahəddin Tacəddinova  küllü miqdarda rüşvət verib istədiyinə nail olub. Bəlkə də indiyə qədər belə açıq-aşkar özbaşınalıq, qanunsuzluq olmamışdır ki, bunu 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarov, mühəndis Şahəddin Tacəddinov və hakim Fərhad Əfəndiyev  etmişdilər. 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarovun qanunu qaydada cəzalandırılmasına  və haqq- halal torpaqlarımızın özümüzə qaytarılmasına köməklik edəsiniz”.

Muxalifet.az

Redaksiyadan: Mözvunu diqqətdə saxlayacağıq.