""Biq Ben" susmamalıdır" – BAŞ NAZİR

Böyük Britaniyanın Baş naziri Tereza Mey "Biq Ben" saat qülləsinin dörd il müddətinə təmirlə əlaqədar “susması”nın düzgün olmadığını bildirib.
 
Ölkə parlamenti qüllənin uzunmüddətli təmirə dayandırılması məsələsinə yenidən baxa bilər.
Qeyd edək ki, bir müddət əvvəl "Biq Ben"də 2021-ci ilədək təmir-bərpa işlərinin aparılacağı barədə məlumat verilmişdi.