​Binəqədinin icra başçısı ilə müavini arasında qarşıdurma – XALƏDDİN İSGƏNDƏROV YENƏ DİQQƏT MƏRKƏZİNDƏ!

Ötən həftənin ikincisi Beyləqanın icra başçısı Vaqif Abdullayev oldu; 3 başçı - Aqil Nəzərli, Adil Vəliyev və Ramiz Yediyarov isə üçüncü yeri bölüşür

Baxış sayı:
9664

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 01-07 may 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “İcra başçısı xanım müavini ilə toqquşdu, sonra isə köməkçisini işdən çıxardı” və “Binəqədidə icra başçısı-müavin qarşıdurması - İDDİA” başlıqlı məqalələrin 12 saytda yayılması ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci  yeri “Beyləqanın icra başçısı qarovulçunu döyüb burnunu sındırdı, şəhidin ruhuna söydü”, “İcra başçısı Bəylər Əyyubovun qohumluğundan sui-istifadə də suçlanır” adlı məqalələr 7 elektron KİV-də yayılması ilə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-ci yeri isə “Aqil Nəzərlidən prezidentə qarşı daha bir fırıldaq-ŞİKAYƏT”, “'Prezidentin köçkünlərə verdiyi evlər Aqil Nəzərli tərəfindən əllərindən alınıb və başçının çörək mənbəyinə çevrilib”, “'Laçının keçmiş icra başçısını necə deviriblər... - İndiki başçının oyunbazlığı İFŞA OLUNDU”,

“'Adil Vəliyevin plana saldığı 2 milyonluq villa və... - Yeni İDDİALAR”,

“İcra başçısı Qarabağ veteranının avtomobilini girov götürüb - Müraciət” adlı məqalələrin 4 elektron KİV-də yayılması ilə Laçın şəhər İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov bölüşür.

Muxalifet.az