Binəqədidə "Sobsan" boya zavodunun sexi yanır - YENİLƏNİB / FOTO, VİDEO

Baxış sayı:
2168

Bakıda boya zavodunun sexi ərazisində baş verən yanğının söndürülməsinə 32 ədəd texnika və 160 işçi qüvvəsi cəlb olunub.

Hadisə yerinə Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev gəlib.

"Yanğın 700 kvadratmetr əraziyə yayılıb", - FHN-nin məlumatında bildirilib.

***

Bakının Binəqədi rayonunda "Sobsan" boya zavodunun sexindəyanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin işçi qüvvəsi və xilasetmə texnikası cəlb olunub.

Əlavə məlumat veriləcək.