BİNƏQƏDİDƏ NÖVBƏTİ QARŞIDURMA - Qarabağ qaziləri ilə SOCAR əməkdaşları arasında yenidən insident yaşanıb / YENİLƏNİB

Baxış sayı:
18211

Bu dəqiqələrdə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində Qarabağ qaziləri ilə polis və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları arasında insident yaşanıb. Muxalifet.az xəbər verir ki, bu barədə "Hürriyyət"ə verilən məlumata görə, baş vermiş kütləvi dava nəticəsində həm qazilərdən, həm polis, həm də SOCAR əməkdaşlarından müxtəlif dərəcəli bədən xəsarətləri alanlar var. "Bu dəfəki insident sentyabrın 29-da baş verən hadisədən daha ağırdır. Belə ki, tərəflər arasında yaşanan dava-dalaş bir neçə şəxsin yaralanmasına səbəb olub. Hazırda burda qan su yerinə axır. Hələlik tərəfləri sakitləşdirmək mümkün deyil", deyə məlumatda qeyd olunur. Əldə etdiyimiz son məlumatlarda isə deyilir ki, SOCAR əməkdaşları və iri cüssəli, idmançı görkəmli şəxslərdən ibarət "qoçu" dəstəsi sözügedən ərazidəki körpünün yanında pusquda durub Qarabağ qazilərini gözləyiblər. Qeyd olunur ki, qazilərə məxsus "NAZ-Lifan" markalı avtomobillər körpünün yanına çatdıqda SOCAR əməkdaşları "qoçu" dəstəsi ilə birlikdə onlara hücum edib, əllərindəki küt alətlərlə qaziləri al-qana qərq ediblər. Nəzərinizə çatdıraq ki, yaxın dəqiqələrdə həm hadisə ilə bağlı əlavə məlumat əldə etməyə, həm də indisentlə bağlı foto görüntülər yaymağa çalışacağıq. *** Bu dəqiqələrdə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində Qarabağ qaziləri ilə polis və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları arasında insident yaşanıb. Muxalifet.az xəbər verir ki, bu barədə "Hürriyyət"ə verilən məlumata görə, baş vermiş kütləvi dava nəticəsində həm qazilərdən, həm polis, həm də SOCAR əməkdaşlarından müxtəlif dərəcəli bədən xəsarətləri alanlar var. "Bu dəfəki insident sentyabrın 29-da baş verən hadisədən daha ağırdır. Belə ki, tərəflər arasında yaşanan dava-dalaş bir neçə şəxsin yaralanmasına səbəb olub. Hazırda burda qan su yerinə axır. Hələlik tərəfləri sakitləşdirmək mümkün deyil", deyə məlumatda qeyd olunur. Nəzərinizə çatdıraq ki, yaxın dəqiqələrdə həm hadisə ilə bağlı əlavə məlumat əldə etməyə, həm də indisentlə bağlı foto görüntülər yaymağa çalışacağıq.