Binəqədidə mağaza, aptek, gözəllik salonu və çay evinin yerləşdiyi binanın dam örtüyü yanıb –FOTO

Bakıda yanğın baş verib.
 
Yanğın Bakının Binəqədi kəndində, bir neçə mağaza, aptek, gözəllik salonu və çay evinin fəaliyyət göstərdiyi birmərtəbəli binada baş verib.
Nəticədə binanın dam örtüyü yanıb.
Yanğının söndürülməsinə 10-dək yanğınsöndürən maşın cəlb edilib.
Məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti hadisə yerində əməliyyat qərargahı yaradıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.