​Binəqədidə "Kamaz" "07"-nin üstünə aşdı, 3 ağır yaralı — DƏHŞƏTLİ VİDEO

"Kamaz" markalı yük avtomobili "VAZ-2107"-nin üzərinə aşıb.
Muxalifet.az xəbər verir ki, hadisə Binəqədi rayonunda "Qrand" marketin qarşısında qeydə alınıb.
1993-cü il təvəllüdlü Həsənov Tural Alim oğlunun idarə etdiyi "Kamaz" markalı yük avtomobili hərəkətdə olarkən "90-NS-989" dövlət qeydiyyat nişanlı, "VAZ-2107" markalı avtomobil yük avtomobilinin qarşısında qəfil dönmə əməliyyatı ilə əyləc sistemindən istifadə edib. Nəticədə yük avtomobilinin yük bortu "VAZ 2107" markalı avtomobilin üstünə aşıb.
Hadisə zamanı "VAZ 2107" markalı avtomobildə olan 3 nəfər ağır bədən xəsarətləri alıb. Qəza ilə bağlı hadisənin baş verdiyi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.