​Binəqədidə ikimərtəbəli evdə yanğın: Bir nəfər öldü

Baxış sayı:
445

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub.
FHN-dən Muxalifet.az-a verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 64 kvadrat metr olan ikimərtəbəli 4 otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 kvadrat metr sahədə yanıb, digər otağın əşyaları qismən qarslanıb.
Yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü İslamov Əli Ağasəlim oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.