​Binəli Yıldırım yenə Əkrəm İmamoğlunu üstələdi

Baxış sayı:
5296

Türkiyənin “ORC” araşdırma şirkəti 23 iyunda İstanbulda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı apardığı yeni sorğunun nəticələrini açıqlayıb. Muxalifet.az xəbər verir ki, sorğu 12-14 iyunda 6580 nəfər arasında keçirilib. Sorğuda iştirak edənlərin 48.3 faizi AKP namizədi Binəli Yıldırıma, 47.7 faizi isə CHP namizədi Əkrəm İmamoğluna səs verəcəyini bildirib. Qeyd edək ki, “ORC” şirkətinin mayda keçirdiyi sorğuda seçicilərin 47 faizi Binəli Yıldırıma, 46.7 faizi isə Əkrəm İmamoğluna səs verəcəyini bildirmişdi.