Binəli Yıldırım: "Şiəliyin geniş yayılması region üçün ciddi təhlükəyə çevrilib" - VİDEO

"Regionda şiəliyin geniş yayılması ciddi təhlükəyə çevrilib".
Muxalifət.az APA TV-yə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin baş naziri Binəli Yıldırım CNN telekanalına müsahibəsində bildirib.
Hökumət rəhbəri əlavə edib ki, bölgədə artıq dini zəmində müharibə başlayıb: "İran və Türkiyə əsrlərdir iki qonşu dövlətdir. Son 500 ildə İranla Türkiyə arasında hər hansı müharibə aparılmayıb. Türkiyə olaraq bizim mövqeyimiz aydındır. Hesab edirik ki, regionda sülh və stabilliyin olması üçün hər hansı dini ayrı-seçkilik olmamalıdır. Lakin şiəliyin belə geniş yayılması region üçün ciddi təhlükədir. Regionda dini zəmində müharibə başlayıb və heç kim onun nə vaxt bitəcəyini deyə bilməz. Buna görə də biz vaxtaşırı qonşu və dost ölkə İrana təhlükəli addımlardan çəkinməsilə bağlı xəbərdarlıq edirik".