​Binəli Yıldırım: Bakı-Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun önəmli bir hissəsidir

"Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyada sülh, qardaşlıq və əmin-amanlığa mühüm töhfə verəcək".
Muxalifet.az-ın məlumatına görə, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırımın Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılış mərasiminin iştirakçılarına göndərdiyi  təbrik məktubunda deyilir.
Baş nazir bildirib ki, Türkiyə, Gürcüstan və Azərbaycanın birgə fəaliyyətinin məhsulu olan bu layihə sadəcə ölkələrimiz arasında əməkdaşlığı göstərmir, eyni zamanda, Çindən başlayıb Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Azərbaycan və Türkiyə vasitəsilə Avropaya uzanan tarixi İpək Yolunun da önəmli bir hissəsini təşkil edir.
"2004-cü ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş nazirliyi dönəmində Azərbaycan, Gürcüstan və Türkiyə arasında bir fikir layihəsi olaraq ölkə nazirləri ilə başladığımız çalışmalar 2008-ci ildə Qarsda üç ölkənin liderinin iştirakı ilə təməlatma səviyyəsinə gələrək, önəmli bir mərhələ qət etmişdir. Bu illər ərzində bir çox çətinliklərin yaşanmasına baxmayaraq, hər üç ölkənin lideri heç bir zaman dəstəyini əsirgəməmiş və nəhayət, layihə xoşbəxt sonluğa çatmışdır.
Layihənin ilk dövrlərindən məsələnin içində olan biri kimi, bu illərdə birgə çalışdığımız dostlarıma, xüsusi ilə də Ziya MəmmədovCavid QurbanovƏhməd Aslan olmaqla əməyi keçən hər kəsə təşəkkür edirəm. Təşəkkür həm də bu layihənin həyata keçirilməsində daima dəstək olan İlham ƏliyevGiorgi Kvirikaşvili və Rəcəb Tayyib Ərdoğana düşür", - deyə B.Yıldırım bildirib