Binədə koronavirus həyacanı... - BAZARDA BİR NƏFƏR YIXILIB ÖLDÜ, İNSANLAR TƏŞVİŞƏ DÜŞDÜ

Baxış sayı:
12436

Təxminən 1 saat öncə, Binə qəsəbəsində, aeroport yolunda yerləşən “Kolxoz” bazarında bir nəfər orta yaşlı adam öskürüb, sonra yerindəcə dünyasını dəyişib.

Hurriyyet.org-a verilən məlumata görə, icra hakimiyyətinin əməkdaşları, təcili yardım və polis işçiləri hadisə yerinə gəliblər. Bazarda belə bir fikir yayılıb ki, rəhmətə gedən şəxs koronavirusa yoluxduğu üçün dünyasını dəyişib. Buna görə, Binə qəsəbəsinin sakinləri narahatdır ki, həmin şəxsdə virus olubsa, bu adam bazarda gəzib. Binə camaatı rəhmətə gedən şəxsin koronavirus səbəbindən dünyasını dəyişməsinə aydınlıq gətirilməsini xahiş edirlər.

Hadisə ilə bağlı gün ərzində rəsmi qurumların mövqeyini işıqlandırmağa çalışacağıq./Hurriyyet.org