Binədə 55 yaşlı kişi özünü ASIB

Bakı şəhərində intihar hadisəsi baş verib.
 
Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsi, Südçülük sovxozunda qeydə alınıb. Orada yaşayan 1962-ci il təvəllüdlü Əfail İbrahim oğlu Veysəlov özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./apa