Binali Yıldırım ABŞ-ın vitse-prezidentinə zəng vurdu

Türkiyənin baş naziri Binali Yıldırım ilə ABŞ-ın vitse-prezidenti Co Bayden arasında telefon danışığı olub.
Bu barədə Ağ Evin məlumatında deyilir.
Söhbət zamanı Co Bayden Türkiyədə son terror hadisələrini pisləyib.
“Vitse-prezident və baş nazir terrorizmə qarşı mübarizədə əməkdaşlıq edəcəklərinə söz veriblər. Həmçinin C.Bayden və B.Yıldırım Kiprdə siyasi nizamlanma üzrə səyləri dəstəkləyiblər”, məlumatda vurğulanır(apa).