Binalı İldırım-Əkrəm İmamoğlunu dueli: Kim üstün oldu?

Baxış sayı:
5308

Türkiyədə İstanbul Bələdiyyə Seçkiləri ilə bağlı jurnalist İsmayıl Küçükkayanın moderatırlığı ilə keçirilən Binalı İldırım-Əkrəm İmamoğlu dueli Lütfü Kırdar Konqres Mərkəzində reallaşıb. İldırım və İmamoğlu İstanbul seçkisinə bir həftə qalmış həyata keçirəcəkləri layihələrini açıqlayıb, sualları cavablandırıbı. Türkiyəni ekranlara bağlayan tarixi duel görüşü sosial mediada da ən çox danışılan mövzu olub. Bu yöndə statistik rəqəmlər də maraqlı nəticələr ortaya qoyub.
 
23 iyun İstanbul bələdiyyə seçkisindən əvvəl AK Partiyanın İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Binalı İldırım ilə CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə sədriliyinə namizədi Əkrəm İmamoğlu canlı yayımda üz-üzə gəlib. İldırım və İmamoğlu İstanbul seçkisinə bir həftə qalmış proyektlərini açıqlayıb, sualları cavablandırıb.
 
İLDIRIM RƏQİBİNİ İKİ DƏFƏ ÜSTƏLƏDİ
 
Türkiyəni ekranlara kilidləyən tarixi görüş sosial mediada da ən çox danışılan mövzu olub.
Sosial Məlumat Analiz şirkəti “Adba International”-ın məlumatlarına görə, AK Partiyanın İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Binalı İldırım 824 min dəfə danışılarkən, CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlu 479 min dəfə mesajlarda haqqında danışılıb.
AK Partiyanın namizədi Binalı İldırım ilə əlaqədar mesajların 63 faizi müsbət məzmunluykən, CHP-nin namizədi İmamoğlunun nisbəti yalnız 27 faiz olub.
Müxalifət.az