​Bin Ladenin oğlunun toyundan görüntülər yayıldı – VİDEO

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi “Əl-Kaida” beynəlxalq terror təşkilatının öldürülmüş lideri Üsamə bin Ladenin oğlunun toyundan görüntülər yayıb.
Muxalifet.az-ın xəbərinə görə, video BBC nəşrinin saytında dərc edilib.
Videoda bin Ladenin oğlu milli geyimdə qonaqlarla söhbət edir. Nəşr qeyd edir ki, atasının ölümündən sonra “Əl-Kaida”nın liderlərindən biri olan gəncin görüntüləri bundan əvvəl heç vaxt yayılmayıb.