Bin Ladenin oğlu öldürüldü... - RƏSMİLƏR TƏSDİQ EDİR

Baxış sayı:
5289

Əl-Qaidənin təsisçisi Üsamə bin Ladenin oğlu və vəliəhdinin oldüyü güman edilir. Onun ABŞ-ın dəstəyi ilə aparılan əməliyyat zamanı öldürüldüyü deyilir.

APA “voice america”ya istinadən xəbər veriri ki, adlarının açıqlanmasını istəməyən rəsmilər çərşənbə günü 30 yaşlarında olan Həmzə bin Ladenin öldüyünü təsdiq edib. 

Bu məlumat NBC News kanalında da yayımlanıb.

Daha sonra The New York Times oğul bin Ladenin son iki il ərzində Birləşmiş Ştatların da cəlb olunduğu əməliyyatda öldürüldüyünə dair xəbər verib. Lakin rəsmilər dərgiyə bildirib ki, hökümət hələ onun ölümünü təsdiqləməlidir. Onlar əlavə məlumat paylaşmağı rədd edib.

Qeye edək ki, Birləşmiş Ştatlar Həmzə bin Ladenin öldürülməsinə və ya ələ keçirilməsinə gətirib çıxaracaq hər hansı məlumat üçün 1 milyon dollar dəyərində mükafat təklif edirdi. Həmzə Əl-Qaidə 2011-ci ilin sentyabrın 11-də Nyu Yorkda Dünya Ticarət Mərkəzi və Pentaqona qarşı terror hücumu edərkən atasını dəstəkləyib.

Həmzə bin Ladenin son illərdə Əl Qaidə daxilindəki nüfuzu artıb. O, terror qrupunun dəstəkçilərinə ilk dəfə olaraq 2015-ci ilə aid səs yazısında Əl-Qaidənin hazırkı lideri Ayman ƏL-Zəvahiri tərəfindən təqdim olunub.

Birləşmiş Ştatlar ilk dəfə Həmzə bin Ladeni Xüsusi Təyin Olunmuş Qlobal Terrorçu kimi 2017-ci ilin yanvar ayında müəyyən edib.