​Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var

​Biləsuvar rayonunda yol qəzası baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil idarəetməni itirərək aşıb. Qəza zamanı biri azyaşlı olmaqla, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.