Biləsuvarda uşağı ilə birlikdə evdən qaçmış 19 yaşlı qız Bakıda tapılıb

İtkin düşmüş Biləsuvar rayon sakini tapılıb.
 
Yaxınlarının verdiyi məlumata görə, rayonun Xırmandalı kənd sakini 19 yaşlı Zeynalzadə İlahə İqbal qızı bu gün evlərinə zəng edərək, Bakı şəhərində olduğunu bildirib.
O, bu il iyulun 25-də evdən çıxıb və geri qayıtmayıb.
İ.Zeynalzadə evdən çıxarkən yaşyarımlıq körpəsini və sənədlərini də aparıb.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi də axtarış aparıb.