Bilsuvarda “QAZEL” 12 YAŞLI QIZI VURDU
26-10-2017 10:38
Dünən axşam saatlarında Biləsuvar rayonunun Xırmandalı kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, kəndin 12 yaşlı sakini Abbasova Aysel Günel qızı bibisigilə getmək üçün mindiyi mikroavtobusdan düşüb arxa tərəfdən yolu keçmək istəyərkən onu qarşıdan gələn Biləsuvar rayon sakini Almazov Babək İbad oğlunun idarə etdiyi 85 BD 123 dövlət nömrə nişanlı “Qazel” markalı yük maşını vurub. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan uşağın vəziyyəti ağır olduğu üçün Bakıdan da həkim çağırılıb.
Hazırda yaralının vəziyyətinin stabil-orta olduğu deyilir.
Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.