​Biləsuvarda poçtun seyfi OĞURLANDI

Baxış sayı:
2491

Biləsuvar rayonunda poçtdan oğurluq olub.
Muxalifət.az xəbər verir ki, oğurluq hadisəsi rayonun Ağalıkənd kəndində qeydə alınıb. Belə ki, axşam saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən kənd ərazisində yerləşən poçt şöbəsindən seyf oğurlanıb.
Həmçinin həmin günü kənddə yerləşən ərzaq dükanından da oğurluq edilib.
Hazırda hər iki faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır./report/