Biləsuvarda kütləvi zəhərlənmə - BİR AİLƏNİN 4 ÜZVÜ BAKIYA GƏTİRİLDİ

Baxış sayı:
2056

Biləsuvarda bir ailənin 4 üzvü pomidor turşusundan zəhərlənib.

“Report”un xəbərinə görə, hadisə fevralın 1-də, rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Adil Əhmədov, həyat yoldaşı Mərifət Xasıyeva, onların övladları – 1991-ci il təvəllüdlü Amil Əhmədov və 1997-ci il təvəllüdlü Sevanə Əhmədova evdə hazırladıqları pomidor turşusundan zəhərləniblər.

Daha sonra onlar fevralın 2-də Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzə göndəriliblər.

Faktla bağlı araşıdrma aparılır.