​Biləsuvarda evdən 40 min aparan qardaşlar tutuldu

Baxış sayı:
2908

Oğurluq edən Biləsuvar rayon sakinləri saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 7-də Digah kəndindəki evlərin birindən 23200 manat pul və 18000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakinləri Toğrul Xəlilov və qardaşı Faiq saxlanılıblar.