Biləsuvarda avtomobil piyadanı vurub: SÜRÜCÜ QAÇIB

Əziz Adıyevin vəziyyətinin ağır olduğu bildirilir
 
Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhərin Nizami küçəsində yaşayan 1938-ci il təvəllüdlü Adıyev Əziz Əsgər oğlu yolu keçmək istəyən zaman sürücüsü hələlik müəyyən edilməmiş avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı təcili yardım maşını ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edək ki, onu vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.