Biləsuvarda ağır yol qəzası olub - ÖLƏN VAR

Baxış sayı:
5458

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Hadisə rayonun Nəsimi kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobili sürücünün idarəetməni itirməsi səbəbindən aşıb. Nəticədə avtomobildə olan sərnişin - 1956-ci il təvəllüdlü Səfərova Həqiqət Ağabala qızı ölüb.
Faktla bağlı araşdırma aparılır. //report