​Biləsuvarda 27 yaşlı gənc bıçaqlanaraq qətlə yetirildi

Baxış sayı:
12832

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə ötən gecə rayonun Səmədabad kəndində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Elton Novruz oğlu 2 bıçaq zərbəsi ilə qətlə yetirilib.
Hadisənin baş verməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.