"Bilmirlər ki, mən onun qızıyam" - Şəbnəmin doğma atası GÖRÜN KİMDİR - FOTO

Baxış sayı:
1675

Yaş yarım olarkən anasını itirəndən sonra atasından ayrı düşən Şəbnəm Tovuzlunun 20 il sonra gördüyü atası məşhur iş adamıdır.
Milli.Az xəbər verir ki, bu barədə müğənni özü "Hər şey daxil"də məlumat verib.
Şəbnəm aparıcı Tarix Əliyevin (Tolik) "Doğma atan yaşayır?" sualına verdiyi cavabla təəccübləndirib:

"Bəli, yaşayır. Yaxşı insandır. Əlaqəm, münasibətim var. Nəvəsini də görüb. Tanınmış, özünə görə bir şəxsiyyətdir. Bizneslə məşğul olur. Tolik, sən də onu tanıyırsan. Amma bilmirsən o, mənim atamdır. Bir çox insan bilmir ki, mən onun qızıyam. Mən sənə deyəcəm o kimdir. Mən 21 yaşımda görmüşəm onu. O da artıq evlənib, həyatdır". 
Qeyd edək ki, körpə olarkən anası dünyasını dəyişən Şəbnəmi saxlayan qadın təxminən bir həftə öncə rəhmətə gedib.