​Bill Geyts xeyriyyə məqsədilə 4,6 milyard dollar xərclədi

“Microsoft” korporasiyasının qurucusu, dünyanın ən varlı insanı hesab edilən Bill Geyts iyunun 6-da xeyriyyə məqsədləri üçün varidatının 5%-ni – 4,6 milyard dollar vəsait ayırıb.
“Bloomberg” xəbər verir ki, bu, son 17 ildə dünya üzrə ən böyük xeyriyyəçilik aktıdır. Lakin Geytsin “Misrosoft” şirkətinin 64 milyon ədəd səhmini hansı xeyriyyə fonduna bağışlaması açıqlanmır.
Dünya tarixində ən böyük xeyriyyəçiliyi də Bill Geyts edib. 1999-cu ildə o, 16 milyard dollar, 2000-ci ildə isə 5.1 milyard dollar vəsaiti həyat yoldaşının rəhbərlik etdiyi “Bill və Melinda Fondu”na ayırıb. Həmin fond yoxsul ölkələrdə səhiyyənin dəstəklənməsinə yardım edir və aclıqla mübarizə aparır.
Ümumilikdə, indiyə qədər Bill Geyts xeyriyyəçilik məqsədləri üçün 35 milyard dollar xərcləyib.