"Bilinsin ki, Ermənistanla qohum xalqıq..." – İrandan gözlənilməz AÇIQLAMA

Baxış sayı:
10504

İrandakı ermənilər dünən qondarma "erməni soyqırım"ının 114 illiyini qeyd etdilər.

Onlar yaşadıqları ölkədə, "bütün dünya müsəlmanlarının həmd və pənahı" olduğunu iddia edən İranda rahatlıqla yaşayırlar.

Muxalifet.az bildirir ki, İranda təxminən 30 milyon azərbaycanlı yaşasa da, soydaşlarımıza dilimizdə təhsil almaq yasaqdır. Azərbaycan dilində nə bir telekanal, nə radiostansiya yoxdur.

Əvəzində İrandakı ermənilərə dillərində təhsil imkanı verilib.

İranda hazırda 100 min erməni yaşayır və onların sayı sürəkli azalır. Ölkədə günü-gündən pisləşən iqtisadi şərait, yaşam şərtlərinin ağırlaşmasına dözmək istəməyən ermənilər mühacirət edirlər. Onların üz tutduqları ölkələr arasında ABŞ və Kanada ilk yeri tutur.

İrandakı ermənilər həm də ölkədən qondarma "erməni soyqırımı"nı rəsmən tanımağı tələb edirlər.

İran rəhbərliyi də daim yerli erməniləri dəstkləyirlər. Ölkənin sabiq prezidenti Mahmud Əhmədinejadı yerli ermənilər "ən yaxın dostumuz" adlandırırlar. İranlı ayətulla Həsən Əhtari isə "Bilinsin ki, ermənilər bizə qohum xalqdır" deyib.