Biləcəridə yol kənarı ilə gedən qadını MAŞIN VURDU

Bakının Binəqədi rayonunda yaşlı qadını avtomobil vurub.
"Report"un xəbərinə görə, hadisə Biləcəri qəsəbəsində baş verib.
1965-ci il təvəllüdlü Məmmədova Elnurə Novruz qızı yol kənarı ilə hərəkət edən zaman onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.