Biləcəri deposunda FACİƏ: iki qatarın arasında qalaraq öldü

Baxış sayı:
11896

Bu gün Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən vaqon deposunda bədbəxt hadisə baş verib. 27 yaşlı Məmmədzadə Əli Niftəli oğlu iş zamanı depoda iki qatarın arasında sıxılmış vəziyyətdə qalıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. /Report.