Bidzina İvanişvili siyasətdən getdi - AÇIQ MƏKTUB YAYDI

Baxış sayı:
691

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili ikinci dəfə siyasəti tərk edir.

Bu barədə o, yaydığı açıq məktubda bildirib.

B.İvanişvili missiyasının başa çatdığını vurğulayıb.

Qeyd edək ki, milyarder B.İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. O, 2013-cü ildə siyasətdən getsə də, 2018-ci ildə yenidən siyasətə qoşulub və həmin ilin mayından hakim partiyaya rəhbərlik edib./report