​BİBİHEYBƏT YOLU YENİDƏN ÇÖKDÜ - köhnə yolda tıxaclar əmələ gəlir

Baxış sayı:
9847

Ziya Məmmədovun büdcə oğurluğu minlərlə insanı yolsuz qoyub
Martın 1-dən Lökbatan dairəsini “Azneft” dairəsi ilə bağlayan magistral yolun Bibeheybət məscidi ərazisindəki hissəsi çöküb. Bu səbəbdən Bakı Kristal-Abşeron və Salyan yolu 22 və 22A ünvanda yerləşən binalarda yaşayanlar nəqliyyat problemi ilə üzləşiblər. Ərazidən şəhərə gələn yeganə marşrut 125 saylı avtobus istiqamətini dəyişərək 20-ci sahə dairəsindən hərəkət edir. Bibiheybət yolunun çökməsi səbəbindən köhnə birtərəfli yolun ikitərəli hərəkətə açılması davamlı tıxaclara səbəb olur.
Bakı-Ələt yolunun bir hissəsi olan magistralın tikintisi 2013-cü ildə başa çatıb. Ancaq yol keyfiyyətsiz tikildiyi üçün 2015 və 2017-ci illərdə təmir edilib. Bununla belə, çökmənin qarşısını almaq mümkün olmayıb.
2018-ci ildə də təmir işlərini aparan “Azəravtoyol” magistralın çökən hissələrini bir neçə dəfə yamayıb. Martın 1-dəki çökmədən sonra yolda yenidən təmir işlərinə başlanıb.
Bakı Nəqliyyat Agentliyindən Musavat.com-a bildirilib ki, təmirin nə zaman bitəcəyi haqqında onlarda bilgi yoxdur. Təmir bitənə qədər isə 125 saylı Baku-BUS xəttinin marşrutunu bərpa edəcəyi gözlənilmir./Musavat