Bəhram Bağırzadənin ailəsi koronavirus testindən keçməyib? – AÇIQLAMA

Baxış sayı:
2627

Son günlər sosial şəbəkə istifadəçiləri, eləcə də əməkdar artist Bəhram Bağırzadənin qonşuları olduğunu bildirən şəxslər aktyorun koronaya yoluxmadığını və ailəsinin koronavirus testindən keçmədiyini iddia edirlər. Onlar bildirirlər ki, B.Bağırzadədə virus aşkarlansaydı, ailəsi də karantinə alınmalı idi.

Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, Bəhram Bağırzadənin ailəsi də koronavirus testindən keçib.

“Hər hansı şəxsdə pozitiv test nəticəsi olduğu zaman onunla təmasda olanlar müəyyənləşdirilir. Bundan sonra isə həmin şəxslərdən test götürülür və ev izolyasiyası tətbiq edilir. Təmasda olan şəxslərin test nəticələri pozitiv çıxarsa, onlar da xüsusi rejimli xəstəxanaya və ya karantin müəssisəsinə cəlb edilirlər. Eyni prosedurlar Bəhram Bağırzadənin də ailəsinə tətbiq edilib”, – R.Əliyeva deyib.