​Bezos boşandığı arvadına 69 milyard verəcək

Baxış sayı:
6331

“Amazon” şirkətinin rəhbəri Cef Bezosun həyat yoldaşı Makkenzi boşanacağı təqdirdə dünyanın ən zəngin qadını ola bilər. Makkenzi Bezosdan boşanacağı halda 69 milyard dollarlıq sərvətin sahibi olacaq. Hazırda Cef Bezosun sərvəti “Blumberq”in məlumatlarına görə, 137 milyard, “Forbes”ə görə isə 150 milyard dollara bərabərdir. Hüquqşünasların fikrincə, ayrılıq zamanı çox güman ki, Bezosun sərvəti həyat yoldaşı ilə yarı bölünəcək. Bununla da Makkenzi Bezosla boşanmadan sonra təxminən 69 milyard dollar sərvəti ilə dünyanın ən zəngin qadını olacaq. Qeyd edək ki, Ceff Bezos və onun xanımı Makkenzi Tattl birgə bəyanat yayaraq boşanmağa qərar verdiklərini bildiriblər.