Beyrut limanını “Hizbullah” partladıb? - Həsən Nəsrullah AÇIQLADI

Baxış sayı:
2645

“Hizbullah” lideri Həsən Nəsrullah rəhbərlik etdiyi təşkilatın Beyrut dəniz limanında baş vermiş partlayışla heç bir əlaqələrinin olmadığını bildirib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Al Jazeera” məlumat yayıb.

Şiə qruplaşmasının rəhbəri sözügedən limanın ərazisindəki anbarda onlara məxsus heç bir silah-sursat və ya maddi sübut olmayıb. 

O, partlayışı törədənlərin harada olduqlarından asılı olmayaraq, aşkar edilib cəzalandırılacağına ümid etdiyini söyləyib.